...

"Caspian Agro" sərgisinin iştirakçılarının 71%-ni beynəlxalq şirkətlər təşkil edir (YENİLƏNİB)

İqtisadiyyat Materials 17 May 2023 11:30 (UTC +04:00)
"Caspian Agro" sərgisinin iştirakçılarının 71%-ni beynəlxalq şirkətlər təşkil edir (YENİLƏNİB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Caspian Agro" sərgisinin iştirakçılarının 71%-ni beynəlxalq şirkətlər təşkil edir.

Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov sərginin açılış mərasimində deyib.

"Sərgilərdə ümumilikdə 30-dan çox ölkədən 400-dən çox şirkət iştirak edir. Bundan başqa, Belarusiya, Gürcüstan, Almaniya, İtaliya, Rusiya, Şri-Lanka və ABŞ-dən regional qruplar milli stendlərdə təmsil olunacaq", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan müasir dünyada qlobal istiləşmənin aqrar sahəyə mənfi təsirini neytrallaşdırmaq üçün uğurla istifadə olunan yeniliklərin tətbiqinə böyük önəm verir.

“Sərgilər kənd təsərrüfatı məhsulları istehsalçılarının bu cür yeniliklərlə tanış olmaları üçün əla fürsətdir. Sərgilərdə bu yenilikləri tətbiq edən xarici şirkətlərin iştirakı ilbəil artır. Müxtəlif ölkələrin şirkətləri təkcə öz məhsullarını sərgiləmir, həm də yeni yerli tərəfdaşlar tapırlar. Əminəm ki, “Caspian Agro-2023” sərgisi təkcə çoxsaylı aqrar yeniliklərin təqdimatı ilə deyil, həm də yerli və xarici şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin yeni tərəfdaşlıq əlaqələrinin formalaşması ilə yaddaqalan olacaq.

Aqrar sahədə innovasiyaların tətbiqi becərilən məhsulların məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə edilməsinə səbəb olur, məhsulların maya dəyərini azaldır və fermerlərin gəlirlərinin artmasına imkan yaradır. Əminik ki, keçirilən sərgi aqrar sahədə çalışanların yeni texnologiyalarla tanış olmaları, təcrübə mübadiləsi aparmaları və qarşılıqlı faydalı işgüzar münasibətlər qurmalarına imkan yaradacaq”, - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti