...

Beynəlxalq Valyuta Fondu Bakı ofisinin bağlanma səbəbini açıqladı

İqtisadiyyat Materials 19 May 2023 10:09 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Bakı ofisinin bağlanma səbəbini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Təxminən 30 il sonra Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı ofisini bağlamaq barədə qərarımız Azərbaycan iqtisadiyyatının yüksək göstəriciləri və ölkədə böyük həcmdə maliyyə ehtiyatlarının mövcud olması ilə bağlıdır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq cümə günü BVF-in Bakı ofisindən bildiriblər.

"BVF yaxın gələcəkdə Azərbaycanla hər hansı kredit sazişin imzalanmasını proqnozlaşdırmır ki, adətən ölkədə ofisin saxlanılma səbəbi bu olur. Üstəlik, BVF-in Azərbaycanla sıx qarşılıqlı fəaliyyəti o cümlədən iqtisadi və maliyyə siyasətini müzakirə etmək və sorğu əsasında texniki dəstək göstərmək məqsədilə mütəmadi səfərlər vasitəsilə davam edəcək", - deyə maliyyə institutundan bildiriblər.

Qeyd edək ki, Azərbaycan 18 sentyabr 1992-ci ildən BVF-in üzvüdür. 1993-2009-cu illər ərzində BVF-in Azərbaycanda nümayəndəliyi olub. Bundan sonra maliyyə institutu Azərbaycanda fəaliyyətini daha aşağı statusla yerli koordinator vasitəsilə davam etdirib. 2005-ci ildən başlayaraq BVF ilə əməkdaşlıq konsultasiyalar səviyyəsində həyata keçirilir, belə ki, Azərbaycan hökuməti fonddan kredit almaqdan imtina edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti