...

Pirallahı Sənaye Parkına 30 milyon manata yaxın investisiya qoyuluşu planlaşdırılır

İqtisadiyyat Materials 31 İyul 2023 11:58 (UTC +04:00)
Pirallahı Sənaye Parkına 30 milyon manata yaxın investisiya qoyuluşu planlaşdırılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkına 30 milyon manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Nazir qeyd edib ki, mövcud layihələr üzrə 250-dən artıq iş yerinin yaradılması da palnlaşdırılır.

"Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. Sənaye Parkında investisiya kapitalı 66 mln. manatdan artıq 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Buraya 36 mln. manatdan çox investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb, 37 mln. manatlıq məhsul istehsal edilib. Mövcud layihələr üzrə 30 mln. manataa yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur", - M.Cabbarov vurğulayıb.

Xatırladaq ki, Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti