...

Azərbaycanda bu məhsulların istehsalı kəskin artıb

İqtisadiyyat Materials 26 Avqust 2023 12:30 (UTC +04:00)
Azərbaycanda bu məhsulların istehsalı kəskin artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-iyul aylarında 130,9 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,2 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3,5 dəfə, ölçmə cihazlarının istehsalı 2,2 dəfə artmış, güc transformatorlarının istehsalı isə 6,9 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti