...

Argentinada illik inflyasiya 140%-ə yaxınlaşıb

İqtisadiyyat Materials 13 Oktyabr 2023 02:51 (UTC +04:00)

Bakı. Trend:

Argentinada sentyabrda qiymət artımı 12,7% təşkil edib, illik ifadədə inflyasiya 140%-ə yaxınlaşıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutu bildirib.

"İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2023-cü ilin sentyabr ayında 12,7 faiz artıb, [ilin əvvəlindən] yığılmış artım 103,2 faiz olub. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 138,3% olub", - deyə qeyd olunub.

Bildirilib ki, avqustda ən çox (15,7%) geyim qiymətləri artıb. Ondan sonra istirahət (+15,1%) və qida (+14,3%) qiymətləri gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti