Dubay. Trend:
Gürcüstan enerji keçidi üzrə COP28 razılaşmasına qoşulur.
Trend şənbə günü xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil edilən Ümumdünya İqlim Fəaliyyəti Sammitində (COP28) deyib.
"Qəti şəkildə inanıram ki, proses üçün bir sıra beynəlxalq səylər lazımdır. Buraya 2030-cu ilədək beynəlxalq tullantıların azaldılması və zərərin azaldılmasına daima köməklik göstərməklə və iqlim dəyişikliyinə adaptasiya üzrə qlobal məqsədin əldə edilməsi üçün çərçivələr qəbul etməklə hədd göstəricisinin 1,5 Selsi dərəcəsində dəstəklənməsi daxildir", - o deyib.
Qaribaşvili iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinə vəsait ayrılması vədinin qəti öhdəlik olaraq qalmalı olduğunu qeyd edib.
"Biz iqlim böhranının həllində öz rolumuza ciddi yanaşırıq və artıq bu istiqamətdə mühüm addımlar atmışıq. İqlim dəyişikliklərinin yüngülləşdirilməsi üzrə tədbirlərə bu il və sonrakı illər üzrə dövlət büdcəsindən 500 milyon ABŞ dollarından çox vəsait ayrılıb. Aşağı karbonlu və iqlim dəyişikliklərinə adaptasiya tədbirlərinə ayrılmış vəsait ildə 300 milyon ABŞ dollarından çoxdur", - Gürcüstanın baş naziri deyib.
Onun sözlərinə görə, ölkəkarbpn neytrallığını mühüm hədəf elan etməklə, tullantıların azaldılması üzrə uzunmüddətli qlobal strategiya qəbul edib.
"Gürcüstan həmçinin öz üzərinə milli səviyyədə yeni, daha iddialı töhfə vermək öhdəliyi götürüb. Bundan başqa, qeyd etməkdən şadam ki, 85 faizə qədər elektrik enerjisi bərpa olunan mənbələrdən daxil olur. Sevinc hissilə bildirirəm ki, Gürcüstan qlobal səviyyədə bərpa olunan enerjiyə keçidə qoşulur", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)