Bakı. Trend:
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61.8%-ni təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən xəbərinə görə, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 2%, POS-terminalların sayı 14.4% artıb.