...

Azərbaycan nəhəng layihələri ilə Yaşıl Enerji mərkəzi kimi də dünyanın diqqətindədir - Nazir

İqtisadiyyat Materials 4 İyun 2024 16:18 (UTC +04:00)
Azərbaycan nəhəng layihələri ilə Yaşıl Enerji mərkəzi kimi də dünyanın diqqətindədir - Nazir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İlk Beynəlxalq Xəzər Neft-Qaz Sərgisindən ötən 30 il ərzində bu platforma Azərbaycanın enerji ölkəsi kimi inkişaf tarixinin parlaq salnaməsi oldu.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əsrin Müqaviləsinin 30 illiyinə təsadüf edən budəfəki sərgidə 37 ölkədən 300-dək şirkətin iştirakı və 1000 MVt gücündə günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması göstərir ki, bu platforma şaxələndirilmiş enerji mənbələri və təchizatı üzrə əməkdaşlığın uğurlu modelinə çevrilir.

Azərbaycanın təşəbbüs və nəhəng layihələri ilə Xəzər artıq Yaşıl Enerji mərkəzi kimi də dünyanın diqqətindədir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti