...

QDTİB yeni kredit sazişi vasitəsilə Azərbaycanda əsas layihələri dəstəkləyəcək

İqtisadiyyat Materials 9 Dekabr 2024 14:31 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və “Standard Chartered Bank” uzunmüddətli kredit mexanizmi üzrə 75 milyon avro məbləğində saziş imzalayıb.

Bu barədə Trend banka istinadən xəbər verir.

Bu mexanizmin vəsaitləri Albaniya, Azərbaycan və Türkiyədə mühüm inkişaf layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulub ki, bu da QDTİB-in dayanıqlı iqtisadi artımın təşviqində rolunu gücləndirir.

İslam İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) bu mexanizmi dəstəkləyir.

“Standard Chartered” baş təşkilatçı, ICIEC koordinatoru, strukturlaşdırıcı bank və "bookrunner" qismində çıxış edir. “Standard Chartered”in təcrübəsindən və ICIEC-in risklərin idarə edilməsi üzrə imkanlarından istifadə edərək, QDTİB bölgədə iqtisadi sabitliyin və inkişafın gücləndirilməsi istiqamətində qəti addımlar atır.

Bu mexanizm Bankın üzv dövlətlərinin inkişafına yönəlmiş missiyasını effektiv maliyyə tərəfdaşlıqları vasitəsilə dəstəkləməyə yönəlmiş strateji əməkdaşlığı təmsil edir. Vəsaitlər ICIEC və QDTİB-nin mandatlarının kəsişdiyi inkişaf layihələrinə yönəldilir ki, bu da bu institutlar arasında əməkdaşlığın daha da güclənməsinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti