...

"Xızı–Abşeron" KES-də işlər sürətlə davam etdirilir - Ərazidən FOTOREPORTAJ

İqtisadiyyat Materials 18 Fevral 2025 13:25 (UTC +04:00)
"Xızı–Abşeron" KES-də işlər sürətlə davam etdirilir - Ərazidən FOTOREPORTAJ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Xızı. Trend:

Bu gün "Xızı–Abşeron" 240 MVt-lıq külək elektrik stansiyasına (KES) mediatur təşkil olunub.

Trend-in xəbərinə görə, mediatur zamanı jurnalistlərə “Xızı-Abşeron” KES-in texniki xüsusiyyətləri, iqtisadi, sosial, ekoloji faydaları və layihənin ölkənin enerji hədəflərinə nail olunmasında rolu barədə geniş məlumat verilib.

Bildirilib ki, Azərbaycanın zəngin külək enerjisi potensialı, yaşıl enerji sahəsinə olan böyük maraq və ölkəmizdə xarici investisiyalar üçün yaradılmış əlverişli mühit bu layihənin həyata keçirilməsinə mühüm stimul verib.

"Xızı–Abşeron" KES-in ölkənin ümumi enerji balansında yaşıl enerjinin payını əhəmiyyətli dərəcədə yüksəldəcəyi media mənsublarının diqqətinə çatdırılıb.

Məlumat verilib ki, ilkin hesablamalara görə, stansiyada illik 1 milyard kilovatt-saata yaxın elektrik enerjisi istehsal olunacaq. Bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Layihənin ümumi investisiya dəyərinin təqribən 340 milyon ABŞ dolları təşkil etdiyi qeyd olunub.

Hazırda stansiyada hər birinin gücü 6.5 MVt olan 4 turbinin quraşdırıldığı, 2025-ci il ərzində bütün turbinlərin quraşdırılması və stansiyanın istismara verilməsinin gözlənildiyi bildirilib.

"Xızı–Abşeron" 240 MVt-lıq külək elektrik stansiyası ərazisindən görüntüləri təqdim edirik:

Foto: Xanlar Əlizadə

Xəbər lenti

Xəbər lenti