...

Xəzəryanı ölkələr arasında əməkdaşlıq tranzit xərclərinin azalmasında effektiv ola bilər – İranın 1-ci vitse-prezidenti

İqtisadiyyat Materials 18 Fevral 2025 14:23 (UTC +04:00)
Xəzəryanı ölkələr arasında əməkdaşlıq tranzit xərclərinin azalmasında effektiv ola bilər – İranın 1-ci vitse-prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzəryanı ölkələrin əməkdaşlığı ticarət imkanları yaratmaqdan əlavə, trazit xərclərinin azalması və müştərək mənafeyin əldə olunmasında effektiv ola bilər.

Trend-in məlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza Arif bu gün Tehranda keçirilən Xəzəryanı ölkələrin baş nazirlərinin 3-cü İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, bununla əlaqədar beştərəfli çərçivədə dəmiryol, dəniz və yol-nəqliyyat və yükdaşımanın gücləndirilməsi istiqamətində mütəxəssislər məsləhətləşmələr aparmalıdırlar:

"Bu istiqamətdə İran 2025-də “Xəzər Dənizi Yükü” adı altında konfransa ev sahibliyi etməyə hazırdır".

Arif bildirib ki, İran Xəzər dənizində dəniz yükdaşımaları və tranziti sahələrində müştərək yatırımın edilməsini müsbət qarşılayır:

"Xəzər dənizində və bölgədə yükdaşıma Xəzəryanı dövlətlərin gücləndirmək niyyətində olduğu önəmli sahələrdən biridir".

Qeyd edək ki, İran paytaxtı Tehranda Xəzəryanı ölkələrin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) 2 günlük İqtisadi Forumu 17 fevralda işə başlayıb.

Xəbər lenti

Xəbər lenti