Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 30,1 milyon ABŞ dolları dəyərində 10,2 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 378 min ABŞ dolları və ya 1,27% çox, həcm ifadəsində isə 903 ton və ya 8,1% azdır.
Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0,64%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 6,31%-ni təşkil edib.
Eyni zamanda, ötən il Azərbaycana 29,6 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal olunub ki, bu da əvvəlki illə müqayisədə 8,5 milyon ABŞ dolları və ya 40% çoxdur.
Dövr ərzində alüminium və ondan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 0,872%-ni təşkil edib.