Bakı. Trend:
Azərbaycanda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında 93,2 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 22,4 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,1 faiz azalıb.
2025-сi ilin yanvar-fevral aylarında 467 ədəd və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 107 ədəd az minik avtomobili istehsal olunub.
Ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 30,4 faiz azalıb.