...

Azərbaycanda əmtəəlik qaz istehsalı cüzi artıb

İqtisadiyyat Materials 17 Mart 2025 16:42 (UTC +04:00)
Azərbaycanda əmtəəlik qaz istehsalı cüzi artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6,309 milyard kubmetr əmtəəlik qaz istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, əmtəəlik qaz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon kubmetr və ya 0,1% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda 6,305 milyard kubmetr əmtəəlik qaz istehsal olunub.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 38,7 milyard kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da, illik müqayisədə 2,3 milyard kubmetr və ya 6,2% çoxdur. 2023-cü ildə istehsal edilmiş əmttəlik qazın həcmi 36,4 milyard kubmetr idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti