...

Azərbaycanda noutbuk istehsalı azalıb

İqtisadiyyat Materials 26 Mart 2025 10:55 (UTC +04:00)
Azərbaycanda noutbuk istehsalı azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 652 ədəd noutbuk istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8% və ya 132 ədəd azdır.

Bununla yanaşı, yanvar-fevral aylarında Azərbaycanda 1 540 ədəd stolüstü kompüter və 81,9 min ədəd ölçmə cihazları istehsal edilib. Bunlar da illik müqayisədə müvafiq olaraq 1 114 ədəd (3,6 dəfə) və 22,9 min ədəd (38,8%) çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 784 ədəd noutbuk, 426 ədəd stolüstü kompüter, 59 min ədəd ölçmə cihazları istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti