...

Azərbaycan və Qazaxıstan arasında kapital bazarlarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsi aparılıb

İqtisadiyyat Materials 14 Aprel 2025 17:31 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında kapital bazarlarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsi aparılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin dəvəti ilə Almatı şəhərində keçirilmiş ikitərəfli görüşlərdə iştirak edib.

Trend Mərkəzi Banka istinadən xəbər verir ki, görüşlər çərçivəsində vençur və kraudfandinq maliyyələşməsi, həmçinin kapital bazarlarının tənzimlənməsi və inkişafı sahəsində təcrübə mübadiləsi aparılıb.

Məlumata görə, görüşlərdə tənzimləyici yanaşmalar, qanunvericilik bazasının təkmilləşdirilməsi və bazar iştirakçılarının fəaliyyət prinsipləri müzakirə olunub.

Həmçinin hər iki ölkənin tənzimləyici qurumları arasında təcrübə mübadilələrinin davamlı şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti