...

Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşları iki milyard manata yaxınlaşıb

İqtisadiyyat Materials 29 Yanvar 2026 16:16 (UTC +04:00)
Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşları iki milyard manata yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,866 milyard manata çatıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 4,9 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,8 milyon manat və ya 0,4% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9,2% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti