...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2007 19:38 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Trend-i buradan izləyin

Azərbaycan,Bakı/ Trend , müxbir İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,85198 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi sentyabrın 10-da (1 ABŞ dolları üçün 0,8521 manat), minimum isə sentyabrın 13-14-də (1 ABŞ dollarına 0,8519 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
3sentyabr 0,8525 10sentyabr 0,8530
4sentyabr 0,8524 11sentyabr 0,8528
5sentyabr 0,8523 12sentyabr 0,8526
6sentyabr 0,8523 13sentyabr 0,8526
7sentyabr 0,8522 14sentyabr 0,8526
Həftə ərzində orta 0,85234 Həftə ərzində orta 0,85272

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində, birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,85104 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi sentyabrın 12-də (1 ABŞ dollarına 0,8520 manat), minimum isə sentyabrın 10-14-də (1 ABŞ dollarına 0,8519 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): sentyabrın 3-də - 0,8519 AZN/USD məzənnəsi ilə $11,6 mln., sentyabrın 11-də - 0,8519 AZN/USD məzənnəsi ilə $9,66 mln., sentyabrın 12-də - 0,8520 AZN/USD məzənnəsi ilə $6,3 mln., sentyabrın 13-də - 0,8519 AZN/USD məzənnəsi ilə $9 mln., sentyabrın 14-də - 0,8519 AZN/USD məzənnəsi ilə $3 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
3sentyabr 0,8525 10sentyabr 0,8530
4sentyabr 0,8524 11sentyabr 0,8528
5sentyabr 0,8523 12sentyabr 0,8526
6sentyabr 0,8523 13sentyabr 0,8526
7sentyabr 0,8522 14sentyabr 0,8526
Həftə ərzində orta 0,85234 Həftə ərzində orta 0,85272
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
3sentyabr 0,8516 10sentyabr 0,8521
4sentyabr 0,8516 11sentyabr 0,8520
5sentyabr 0,8523 12sentyabr 0,8520
6sentyabr 0,8523 13sentyabr 0,8519
7sentyabr 0,8520 14sentyabr 0,8519
Həftə ərzində orta 0,85196 Həftə ərzində orta 0,85198

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından , dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. Bu dövrdə özəlləşdirmə çeklərinin qiyməti 12 manat səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin müddəti 1 yanvar 2008-ci ildə bitir.

Xəbər lenti

Xəbər lenti