...

"Quş qripi" xəbərdarlığı ilə bağlı aparılan monitorinqin ilk günləri ölkədə vəziyyətin sabit olduğunu göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2007 20:24 (UTC +04:00)
"Quş qripi" xəbərdarlığı ilə bağlı aparılan monitorinqin ilk günləri ölkədə vəziyyətin sabit olduğunu göstərir

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycanda "Quş qripi"nin xəbərdarlığı ilə bağlı aparlan monitorinqin ilk günləri ölkədə vəziyyətin sabit olduğunu göstərir. Bu barədə çərşənbə günü Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətindən verilən məlumatda deyilir. Monitorinqin dəqiq nəticələri ilə bağlı məlumat sonra açıqlanacaq.

Monitorinq oktyabrın 22-də başlanıb. Bu gün monitorinq Abşeronda və ətraf ərazilərdə aparılb, oktyabrın 23-də Dəvəçi, oktyabrın 24-də Salyan, oktyabrın 25-də Ağcabədi, oktyabrın 26-da isə Lənkəranda keçiriləcək.

Çöl quşları arasında monitorinq oktyabrın 26-da, ev quşları arasında monitorinq isə noyabrın 2-də başa çatacaq. Quşların qan nümunələri üzrə laborator müayinələrin yekunları noyabrın 3-də açıqlanacaq.

Bu il Dövlət Xidməti tərəfindən 9-dan çox monitorinq aparılıb, ev və çöl quşlarının 8 mindən çox nümunəsi müayinə olunub. Nümunələrin heç birində virus daşıyıcıları aşkar olunmayıb.

"Quş qripi", dabaq və s. kimi xəstəliklərin qarşısını almaq məqsədilə, ölkənin baytar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir və çöl quşlarının ovuna, satışına və istifadəsinə olan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti