...

USAİD Azərbaycanda biznesin inkişafı və biznesə yardım üzrə üçillik ABAD proqramını başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ USAİD-in Azərbaycan üzrə koordinatoru Skott Teylorun verdiyi məlumata görə, Amerikanın USAİD təşkilatı Azərbaycanda biznesin inkişafı və biznesə yardım üzrə üçillik ABAD proqramını başa çatdırıb.

"Proqram satışın həcminin artırılmasına və Azərbaycanın kənd təsərrüfatında yeni iş yerlərinin təmin edilməsinə yönəlib" - deyə Teylor bildirib.

ABAD bazar əlaqələrinin genişləndirilməsi məqsədilə 15 mindən çox insana yardım göstərib. Satışın həcmi 15,5 mln. dollara çatdırılıb, 1,5 mln. iş yeri təmin olunub. Kənd yerlərində lizinq əməliyyatları vasitəsilə 63 sahibkara 1,4 mln. dollar dəyərində kredit ayrılıb.

USAİD ABŞ-ın Beynəlxalq İnkişaf üzrə agentliyidir və a1992-ci ildən Azərbaycan iqtisadiyyatına 284 mln. dollar vəsait yatırıb.

Xəbər lenti

Xəbər lenti