...

Azərbaycanda Çin istehsalı olan uşaq oyuncaqlarının kimyəvi tərkibi yoxlanacaq - Standartlaşdırma üzrə Dövlət Agentliyinin rəhbəri (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2007 16:41 (UTC +04:00)
Azərbaycanda Çin istehsalı olan uşaq oyuncaqlarının kimyəvi tərkibi yoxlanacaq - Standartlaşdırma üzrə Dövlət  Agentliyinin rəhbəri (video)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova / Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bazara daxil olan uşaq oyuncaqlarının kimyəvi tərkibini müəyyənləşdirmək üçün avadanldıq alıb. Bu barədə çərşənbə günü Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəhbəri Ramiz Həsənov məlumat verib.

"Azərbaycanda Çin istehsalı olan uşaq oyuncaqları ilə bağıl problem mövcuddur. Biz bu problemlərin aradan qaldırılması məqsədilə bir çox işlər görürük" - deyə Həsənov məlumat verib.

ABŞ-da uşaq oyuncaqlarının iri istehsalçılarından biri olan "Mattel Inc" avqust ayında şirkətin müəssisələrindən birində istehsal olunmuş 18,2 mln. oyuncağı ABŞ, Kanada, Böyük Britaniya və Meksika bazarından yığışdırıb. Bunun səbəbi oyuncaqda istifadə olunan boyanın tərkibində qurğuşunun çox olması və oyuncaqlara maqnitlərin yerləşdirilməsidir.

"2008-ci ilin yanvar ayından reydlərin başlanacağı gözlənir" - deyə Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti