...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 19:19 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/ Trend , müxbir İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0, 8459 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi dekabrın 17-də (1 ABŞ dolları üçün 0,8460 manat), minimum isə, dekabrın 19-da (1 ABŞ dollarına 0,8458 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
10dekabr 0,8464 17dekabr 0,8460
11dekabr 0,8463 18dekabr 0,8459
12dekabr 0,8463 19dekabr 0,8458
13dekabr 0,8462 20dekabr -
14dekabr 0,8461 21dekabr -
Həftə ərzində orta 0,84626 Həftə ərzində orta 0,8459

Ötən həftənin yekununa əsasən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində, birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,8447 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi dekabrın 19-da(1 ABŞ dollarına 0,8448 manat), minimum isə dekabrın 17-də (1 ABŞ dollarına 0,8446 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 17-də - 0,8446 AZN/USD məzənnəsi ilə $2,54 mln. dekabrın 18-də - 0,8447 AZN/USD məzənnəsi ilə $8,318 mln., dekabrın 19-da - 0,8448 AZN/USD məzənnəsi ilə $3,55 mln., bayramlarla əlaqədar olaraq, dekabrın 20-21-də əqdlər həyata keçirilməyib.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
10dekabr 0,8464 17dekabr 0,8460
11dekabr 0,8463 18dekabr 0,8459
12dekabr 0,8463 19dekabr 0,8458
13dekabr 0,8462 20dekabr -
14dekabr 0,8461 21dekabr -
Həftə ərzində orta 0,84626 Həftə ərzində orta 0,8459
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
10dekabr 0,8454 17dekabr 0,8446
11dekabr 0,8448 18dekabr 0,8447
12dekabr 0,8446 19dekabr 0,8448
13dekabr 0,8444 20dekabr -
14dekabr 0,8443 21dekabr -
Həftə ərzində orta 0,8447 Həftə ərzində orta 0,8447

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. Bu dövrdə özəlləşdirmə çeklərinin qiyməti 15 manat səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin müddəti 1 yanvar 2010-cu ildə bitir.

Xəbər lenti

Xəbər lenti