...

Azərbaycan yanvar-noyabr aylarında mal ixracını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan yanvar-noyabr aylarında mal ixracını 2006-cı ilin analoji dövrünə nisbətdə təxminən 3 faiz və ya 163,4 mln. dollar azaldıb. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. İxracın ümumi həcmi 5,5 mlrd. dollar təşkil edib. Mal idxalı 8 faiz və ya 376 mln. dollar artaraq 5 mlrd. dollara çatıb.

Komitənin məlumatında bildirilir ki, bu dövr ərzində Azərbaycanın ticarət əməliyytları 136 ölkə ilə həyata keçirilib. Bu ölkələrdən 2402 növdən çox mal ixrac, 6614 növ mal isə idxal olunub.

Xəbər lenti

Xəbər lenti