...

Bakıdı noyabr ayında qeyri - yaşayış obyektlərinin qiyməti artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Noyabrda qeyri-yaşayış obyektinin bir kvadrat metrinin qiyməti 2730 dollara qədər artıb. Bu 2006-cı ilin analoji dövrü ilə müqayisədə 28,7 faiz çoxdur. Bu barədə "Əmlak bazarı iştirakçıları" İctimai Birliynin məlumatında bildirilir.

Qeyri-yaşayış obyektlərinin icarə qiyməti noyabrda 1,9 faiz artıb. Bazarlara təqdim olunan obyektlərin sayı 9,7 faiz artıb.

Qeyri-yaşayış obyektlərinin alqı-satqısına dair imzalanan müqavilələrin sayı isə, noyabrda 1,4 faiz artıb.

Seqment göstəricisi üzrə ən bahalı qeyri-yaşayış yerləri zirzəmilərdə yerləşən obyektlər olub. Onların qiyməti 2006-cı ilin analoji dövrü ilə müqayisədə 39,2 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti