Azərbaycan, Bakı, 30 yanvar/ Trend / Fevralın 22 - dək saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın çərşənbə günü yayılan məlumatında deyilir.
İstiqrazların dövlət qeydiyyat №-si 10500220S, ümumi həcmi - 7 005 600 AZN, bir istiqrazın nominal dəyəri - 200 AZN, istiqrazların tədavül müddəti - 356 gün, ödəmə tarixi - 19 yanvar 2009-ci ildir.
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.