...

2007-ci il Azərbaycan Mikromaliyyələşdirmə Bankı üçün növbəti nailiyyətlər ili oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2008 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı. 3 fevral / müxbir Trend / 2007-ci il ərzində Azərbaycan Mikromaliyyələşdirmə Bankının (AMMB) ümumi aktivləri 141%-dək artaraq dekabr ayına qədər $133 milyon çatmışdır, halbuki, 2006-cı ilin dekabr ayında bu göstərici cəmi $55,4 milyon səviyyəsində idi. Bankdan "Trendə" verilən məlumata əsasən, bu artım, müxtəlif beynəlxalq maliyyə institutlarından və investorlarından $60 milyon artıq məbləğdə irihəcmli kredit xəttlərinin, o cümlədən Azərbaycan üçün tarixi əhəmiyyətə malik iki kreditin cəlb olunmasına əsaslanırdı. Avqust ayında beynəlxalq kapitallar bazarına Lüksemburq təhlükəsizləşdirmə mexanizmi vasitəsi ilə 5 il müddətinə $11,4 milyon məbləğində borc öhdəlikləri istiqrazları (bondlar) dövriyyəyə buraxıldı. Bu bondlar beynəlxalq kapital bazarında Azərbaycan bankı üçün buraxılmış ilk istiqrazlar idi və onlar dünyada ilk dəfə olaraq bir mikromaliyyələşdirmə institutu üçün buraxılmışdır. Bundan əlavə, dekabr ayında AMMB beynəlxalq özəl sektora aid maliyyə institutu tərəfindən Azərbaycan üçün manatla ayrılmış ilk krediti aldı. 4,2 milyon manat həcmində olan bu kredit SNS Mikromaliyyələşdirmə Fondu tərəfindən ayrılmışdır. Beləliklə, belə bir qənaətə gəlmək olar ki, AMMB təkcə Azərbaycanda biznesin inkişafının maliyyələşdirilməsində yox, həm də Azərbaycanın bank sektorunda beynəlxalq kapital sabitliyinin inkişafında aparıcı rol oynayır.

Bankın artımı, həmçinin, Nizamnamə kapitalının 11 milyon manatadək artması ilə şərtlənirdi. Əlavə səhmlərinin buraxılmasının qeydiyyatı prosesi apreldə başa çatmışdır. Kapital artımında mövcud 5 səhmdarın hamısı iştirak etmiş və səhmdarların sırasına 6-cı səhmdar - Access Microfinance Holding də qoşulmuşdur.

Bütün bunlar bankın kredit portfelinin artımına da təsir göstərmiş və kredit portfeli 2006-cı ildəki $47,6 milyon 140%, yəni $114 milyon məbləğinə qədər artmışdır. AMMB-dan kredit alan müştərilərin sayı 2006-cı ilin sonunda 16 719 nəfər olduğu halda, 2007-ci ildə bu rəqəm 47 683 nəfərə çatmışdır. Cəmi 5 illik fəaliyyət müddəti ərzində bank tərəfindən, ümumi məbləği $274 milyon olmaqla, 98 000-ə yaxın kredit verilmiş və bunun sırasında ümumi məbləği $250 milyon təşkil edən 66 000 kredit Azərbaycanın kiçik biznes nümayəndələrinə ayrılmışdır.

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun və AMMB-nın kredit biznesinin inkişafında atılan iri addımlardan biri də avqust ayında kənd təsərrüfatı biznesi ilə məşğul olan yeni aqrokredit məhsulunun buraxılmasıdır. Bu məhsul, xüsusən, regional filiallarda - Şəkidə, Gəncədə, Lənkəranda və Xaçmazda böyük tələbata malikdir. Layihənin həyata keçirildiyi cəmi 5 il ərzində 2000-dən artıq aqrobiznes nümayəndələri öz fəaliyyəti üçün zəruri olan və ümumi məbləği $3,6 milyon təşkil edən kreditlərə sahib olmuşlar.

Kredit biznesində nail olduğu yüksək göstəricilərdən əlavə, AMMB fiziki şəxslərlə də fəal surətdə çalışmış və nəticədə depozit portfeli 280%-dək artaraq $14 milyon çatmışdır. Pul köçürmələri dövriyyəsi də yüksək sürətlə artaraq orta hesabla ayda $11 milyon çatmışdır. Plastik kartlar biznesi də fəal surətlə inkişaf edir. Qeyd etmək lazımdır ki, 2007-ci ildə bank çip sertifikatlaşmasından keçmişdir və artıq 2008-ci ildə bankın müştəriləri, daxilində çiplər quraşdırılmış daha mükəmməl bank kartlarından istifadə etmək imkanını əldə edəcəklər.

2007-ci il ərzində daha 4 filial açılmış və AMMB-nın filial şəbəkəsi 14 filiala çatmışdır. İndi hər bir kəs bankın xidmətlərindən Bakıda, Sumqayıtda, Gəncədə, Şəkidə, Lənkəranda və Xaçmazda da istifadə edə bilər. Yaxın illərdə AMMB-nın filial şəbəkəsi Azərbaycanın daha bir neçə regionunu əhatə edəcək.

Həmçinin, qeyd etmək lazımdır ki, may ayında mikromaliyyələşdirmə müəssisələrinin

M-CRIL Beynəlxalq Reytinq Təşkilatı Azərbaycan Mikromaliyyələşdirmə Bankı üçün reytinq hazırlamış və bu reytinq əsasında AMMB "Alfa" səviyyəsində qiymətləndirilmişdir. "Alfa" reytinqi əsasında M-CRIL bankımızı beynəlxalq investorlara tövsiyyə edir, bankın yüksək maliyyə təhlükəsizliyinə və mükəmməl sistemlərinə malik olduğunu bəyan edir. Öz hesabatında M-CRIL bankın yüksək idarəetmə səviyyəsini, mükəmməl kompüter sistemini, keyfiyyətli və diversifikasiyalı portfelini xüsusilə müsbət qiymətləndirmişdir.

Xəbər lenti

Xəbər lenti