...

STX şirkəti ilə Azərbaycanda gəmiqayırma zavodunun tikintisi üzrə danışıqlarda problem yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / " müxbir İ.Xəlilova/ Gəmiqayırma zavodunun tikintisi üzrə Cənubi Koreyanın STX şirkəti ilə aparılan danışıqlarda texniki problemlər var. Bu barədə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktor müavini Riad Qasımov məlumat verib.

"Biz STX-nin layihədə minimum 35 faiz əldə etməsini və operator qismində çıxış etməsini israr edirik, STX isə, hər biri 25 faiz iştirak payı ilə, dörd səhmdarın - AİŞ, ARDNŞ, XDG, STX-nin iştirakı ilə layihənin reallaşdırılması üzrə şirkət yaradılmasını təklif edir.

Əsas məsələ STX-ni layihənin operatorluğuna cəlb etməkdir; məqsəd investisiyanın böyük hissəsinin xaricdən cəlb edilməsidir.

Zavod qapalı hövzədə tikiləcəyindən, bura 30 min tondan yuxarı tonnajlı gəmilər gələ bilməyəcək. Belə olan halda, onlar Volqadon kanalı vasitəsilə gəlməlidirlər. Buna görə, Xəzərdə 30 min tonadək tonnajlı gəmilər tikmək lazımdır ki, onlar Xəzərin daxilində istifadə olunsun. Onların burada yığılması və Xəzər üzrə dörd ölkə arasında hərəkət edəcəyi planlaşdırılır. Zavodda digər gəmilərin tikintisi ilə bağlı müraciət olsa, bu məsələni də nəzərdən keçirmək olar.

STX həm də layihənin texniki - iqtisadi əsaslandırması üzərində işi davam etdirir. O, ilkin variantı təqdim edib və biz onu yenidən işlənməyə göndərmişik. İlikn hesablamalara görə, layihənin reallaşdırılmasına 400 mln. dollar sərf olunacaq.

İdarəetmə və tikinti işlərini STX öz üzərinə götürəcək. Belə layihələrdə 70-75 faiz əlavə kreditləşmə, yerdə qalan vəsait isə, kapital hesabına ödənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : Ilaha

Xəbər lenti

Xəbər lenti