...

Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəhbərliyi Biləcəri deposunun tətilçi əməkdaşlarının əmək haqlarını qaldıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2008 13:53 (UTC +04:00)
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəhbərliyi Biləcəri deposunun tətilçi əməkdaşlarının əmək haqlarını qaldıracaq

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir S.Əliyev/ Bu gün Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi Arif Əsgərov Biləcəri qəsəbəsində (Bakı yaxınlığında) fevralın 15-də əmək haqlarının qaldırılması tələbi ilə tətil edən lokomotiv depo əməkdaşlarının nümayəndələri ilə görüşüb. Bu barədə çərşənbə günü İdarədən məlumat verilib.

Görüş zamanı əmək haqlarının qaldırılması barədə razılıq əldə olunub. "Hazırda depo əməkdaşlarının əmək haqlarının qaldırılma vaxtı və həcmi barədə imkanlar öyrənilir" - deyə İdarədən vurğulayıblar. Depoda heç bir təkrar tətil keçirilməyib. İdarədən bildiriblər ki, iş normal rejimdə davam edir.

Depo əməkdaşının sözlərinə görə, maşinistlər ayda 200 manat, sıravi əməkdaşlar isə 58 manat həcmində əmək haqqı alırlar. Birliyin bütün əməkdaşları əmək haqlarının iki dəfə artırılmasını tələb edirdilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti