...

"Unileasing" şirkətinin lizinq portfeli 33 milyon dollar məbləğini keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / " Cari ilin birinci rübünün nəticələrinə görə, "Unileasing" şirkətinin lizinq portfeli 33,2 mln. dollar təşkil edib. Bu barədə şirkətin cümə günü yayılan məlumatında bildirilir.

Ötən ilin analoji göstəricisi ilə müqayisədə şirkətin lizinq portfelinin artımı 112% təşkil edib (01 aprel 2007-ci il üzrə - $15,6 mln.). İlin əvvəlinə olan göstəricilərlə müqayisədə lizinq portfelinin artımı 6,1% təşkil edib.

Birinci rübün nəticələrinə əsasən, yanvarın 1-dən aprelin 1-dək şirkətin mütəxəssisləri tərəfindən 89 müqavilə bağlanıb. Bu sazişlərə uyğun olaraq, ümumi dəyəri 6,4 mln. dollardan artıq olan 133 obyekt lizinqə verilib. Beləliklə, hazırda fəaliyyətdə olan 522 müqavilə üzrə 54,2 milyon dollardan artıq olan 1062 obyekt lizinqə verilib.

Şirkətin portfelinin iqtisadiyyat sektorları üzrə bölüşdürülməsi aşağıdakı kimidir:

İqtisadiyyatın sektoru 01.04.2008 01.04.2007
- tikinti və tikinti materiallarının istehsalı - nəqliyyat - tibb - ticarət - istehsalat - digər 31%15%7%14%18%15% 54%17%8%6%5%10%

Cədvəldən göründüyü kimi, ötən il ilə müqayisədə 2008-ci ildə şirkətin lizinq portfelinin diversifikasiyası bir qədər artıqdır ki, bu da respublika iqtisadiyyatının müxtəlif sektorlarında bir sıra tədbirlərin uğurla həyata keçirilməsinin nəticəsidir.

Birinci rübün əsas nailiyyətləri:

- İslam qaydalarına uyğun lizinq

- 10 il müddətinə biznes məqsədilə daşınmaz əmlak

- İri tonnajlı yük avtomobillərinin lizinqi

- Qiymətinin 10%-i məbləğində avtomobil

Cari ilin ikinci rübündə "Unileasing" şirkəti, paytaxtda olduğu kimi, respublikanın regionlarında da fəaliyyətini daha da aktivləşdirmək niyyətindədir. İyulun 1-ə qədər: şirkətin nizamnamə kapitalının artırılması, bəzi istehsalçıların minik və kommersiya avtomobilləri üçün xüsusi təklifin tətbiq edilməsi, "AVTOLOZINQ" və "Kommersiya tipli daşınmaz əmlak" layihələrinin irəli çəkilməsi və s. kimi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti