...

Bakıda Azərbaycan-Litva biznes-forumu keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2008 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel/ Trend ,Ü.İsmayılova/ Çərşənbə axşamı Bakıda Azərbaycan İnvestisiya və İxracatın Təşviqi Fondu (AZPROMO) və Litva Sənayeçilər Konfederasiyası tərəfindən təşkil edilmiş Azərbaycan-Litva biznes-forumu öz işinə başlayıb.

Forumda Litva tərəfdən 16 şirkət iştirak edir. Litva sahibkarları forumun gedişində bildiriblər ki, kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat, tikinti, sənaye kimi sahələrdə maraqlıdırlar. Litva nümayəndə heyətinin tərkibinə həmçinin Baş nazir Gediminas Kirkilas, iqtisadiyyat nazirinin müavini Vtautas Nauduzas, Litva İqtisadi İnkişaf Agentliyinin (LEPO) Baş direktoru Titas Anuskeviçius və Sənayeçilər Konfederasiyasının beynəlxalq münasibətlər üzrə departamentinin rəhbəri Aurelijius Ueskas daxildir.

Azərbaycan tərəfdən forumda təqribən 100 azərbaycanlı sahibkar iştirak edir.

Xəbər lenti

Xəbər lenti