...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend / Bakı Fond Birjasında11 iyun 2008-ci il tarixində Milli Bankın 50102319S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 20 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında bildirilr.

Yeddi investor tərəfindən təqdim olunan sifarişlərin nominal üzrə ümumi məbləği 13 809 400 manat təşkil edib.

Sifarişlər 99.14% (gəlirlik 11.15%) - 99.23% (gəlirlik 9.98%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.14% (gəlirlik 11.15%) orta ölçülmüş qiymət - 99.18% (gəlirlik 10.63%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 834 200 manat həcmində, qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 13 809 400 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 9 iyul 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti