...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2008 20:31 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Azərbaycan, Bakı, 23 iyun/ Trend / Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,0009 bənd (0,09 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə, 1 ABŞ dollarına görə, 0,8172 manat səviyyəsində müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8177 manat səviyyəsində iyunun 18-də, minimal məzənnə isə, iyunun 19-da (1 ABŞ dollarına görə 0,8166 manat) təyin edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi
9 iyun 0,8169 16 iyun -
10 iyun 0,8178 17 iyun 0,8176
11 iyun 0,8185 18 iyun 0,8177
12 iyun 0,8184 19 iyun 0,8166
13 iyun 0,8189 20 iyun 0,8170
Həftə ərzində orta 0,8181 Həftə ərzində orta 0,8172

Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0005 bənd (0,05 faiz) azalıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,8160 manat səviyyəsində müəyyən edilib.

Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8164 manat səviyyəsində iyunun 20-də, minimum məzənnəsi isə iyunun 19-da (1 ABŞ dollarına görə 0,8151 manat) müəyyən edilib.

Həftə ərzində BEST-də eyni gündə valyutalaşdırılmaqla (T+0) əqdlər bağlanıb: iyunun 16-da bayramla əlaqədar ticarət keçirilməyib, iyunun 17-də - 0,8161 AZN/USD məzənnə ilə $27, 46 mln., iyunun 18-də 0,8163 AZN/USD məzənnə ilə $12,112 mln., iyunun 19-da 0,8151 AZN/USD məzənnə ilə $29,671 mln., iyunun 20-də 0,8164 AZN/USD məzənnə ilə $2,585 mln.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi
9 iyun 0,8169 16 iyun -
10 iyun 0,8178 17 iyun 0,8176
11 iyun 0,8185 18 iyun 0,8177
12 iyun 0,8184 19 iyun 0,8166
13 iyun 0,8189 20 iyun 0,8170
Həftə ərzində orta 0,8181 Həftə ərzində orta 0,8172
Manatın dollara nisbətdə birja məzənnəsi
9 iyun 0,8154 16 iyun -
10 iyun 0,8162 17 iyun 0,8161
11 iyun 0,8168 18 iyun 0,8163
12 iyun 0,8167 19 iyun 0,8151
13 iyun 0,8172 20 iyun 0,8164
Həftə ərzində orta 0,8165 Həftə ərzində orta 0,8160

Dilerlər tərəfindən tələbat olmadığı üçün , USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb. Banklar tərəfindən BEST-ə RUB/AZN və EUR/AZN alətləri üzrə sifarişlər çıxarılmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişməyib və 17 manat təşkil edib.

Çeklərin müddəti 2010-cu ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti