Azərbaycan, Bakı, 05 sentyabr /Trend Cap , müxbir C.Babayeva/ Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Rusiya Hərbi Dəniz Donanması Baş Komandanının əmri ilə və Rusiya müdafiə nazirinin əmrinə müvafiq olaraq, "Admiral Kuznetsov" xatirə medalı ilə təltif olunub.
Rusiya Dəniz və Çay Donanması Federal Agentliyinin rəhbəri Aleksandr Davıdenko medalı İstanbulda Mənsimova təqdim edib.
Palmali Aralıq, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarında ixtisaslaşıb. Hazırda Palmali-nin dəniz donanması müxtəlif tutumlu 140 - dan çox gəmidən ibarətdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]