...

Polşa və Özbəkistanın mal dövriyyəsi təxminən $30 mln.artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2008 11:31 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 11 oktyabr/ Trend , müxbir T.Jukov/ İlkin məlumatlara görə, 2008-ci ilin yanvar - iyulunda Polşanın Özbəkistana mal və xidmətlərinin ixracı təxminən iki dəfə artıb, - Trend -ın Daşkənddəki xüsusi müxbiri xəbər verib.

Bu müddətdə Özbəkistandan Polşaya mal ixracı təxminən üç dəfədən çox artıb, - Daşkənddə mətbuat konfransında Polşa Respublikası səfirliyinin müşaviri Marek Piontek deyib. Onun sözlərinə görə, bu tendensiya qorunacağı təqdirdə, 2008-ci ilin yekunları üzrə iki ölkə arasında mal dövriyyəsi $100 mln.-u ötə bilər. Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2007-ci ilin yekunları üzrə iki ölkə arasında mal dövriyyəsi  $72,7 mln їa  çatıb. Polşa idxalının həcmi $32,7 mln., Özbəkistanın idxalı $40 mln.təşkil edib.  

Diplomatın sözlərinə görə, ixrac-idxal əməliyyatların nomenklaturası da artıb. Polşanın maşınqayırma və elektrotexnika məhsullarının tədarük həcmi 2,8 dəfə artıb (İxracın ümumi həcminin 42,5 faizi). Polşadan ərzaq mallarının (15,5 faiz) və mal ətinin (təxminən 8 faiz) tədarük payı artıb.

Səfirliyin müşaviri Özbəkistandan Polşaya kimyəvi və neft - kimya sənayesi məhsullarının tədarük həcminin artdığını da qeyd edib. Bu məhsulların payına özbək idxalının yarısı düşür. Polşada Özbəkistanana pambıq - lif, iplik, parça, toxuculuq mallarının idxal payı 33,7 faiz təşkil edib. Özbəkistandan Polşaya meyvə - tərəvəz məhsullarının tədarükü ötən illə müqayisədə 45 faiz artıb.

Ticarət əməkdaşlığının qurulması və tərəfdaşların axtarılması üçün oktyabrın 14 - də Polşanın ticarət -iqtisadi nümayəndə heyətinin Daşkəndə səfəri başlayır. Səfirlik müşavirinin sözlərinə görə, Polşanın yeddi ən iri toxuculuq şirkətlərinin nümayəndələri Тextile Expo Uzbekistan - 2008 beynəlxalq toxuculuq və yüngül sənaye sərgisində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti