...

Azərbaycan xarici təkrar sığortaçıların siyahısını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2009 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.İsmayılova /  

"Qazaxıstanın ən böyük sığorta şirkətlərindən biri olan "Avrasiya", Azərbaycanın xarici təkrar sığortaçılar reyestrinə daxil edilib", - cümə günü şirkətdən bildirilib.

"Martın 7-də Azərbaycan Maliyyə Nazirliyi "Avrasiya" SŞ SC-ni şirkətin yerli qanunvericiliyin tələbələrinə uyğun olaraq bəyənilmiş xarici təkrar sığortaçılar reyestrinə salınması haqda xəbərdar edib. Göstərilən tələblər bu ilin əvvəlindən qüvvəyə minib", - şirkətdən bildirilib.

Azərbaycan Maliyyə Nazirliyində bu informasiyanı Trend -a təsdiqləyiblər.

Hazırda bu reyestrdə yalnız altı xarici təkrar sığortaçı var ki, "Avrasiya" da onlardan biridir. Beləliklə, Qazaxıstan təkrar sığortaçısı Azərbaycandan riskləri qəbul etməkdə davam edərək, bu ölkənin sığorta-təkrar sığortaçılarına etibarlı təkrar sığorta təminatı təqdim edəcək.

"Azərbaycan, digər MDB ölkələri kimi "Avrasiya" SŞ üçün prioritet bazarlardan biridir. Biz azərbaycanlı təkrar sığortaçılarla əvvəllər də fəal əməkdaşlıq etmişik. Qanunvericilik tələblərinin daxil edilməsindən sonra azərbaycanlı həmkarlarımızla səmərəli işimizi davam etdirmək üçün bütün lazımi prosedurları və akkreditasiyanı keçdik", - "Avrasiya"nın anderrayteri Nurjan Cantureyev deyib.

"Avrasiya" SŞ SC 1995-ci ildə təsis edilib. 2009-cu il yanvarın 1-nə olan durumuna görə, şirkətin aktivləri 41,086 milyard tengə olub. Bu, 2008-ci ilin əvvəli ilə müqayisədə 29,5 faiz çoxdur. Kapital 25,568 milyard tengəyə bərabər olub ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 18,9 faiz çoxdur. "Avrasiya" SŞ-nin müştərək qəbul etdiyi sığorta mükafatlarının həcmi 2008-ci ildə 19,857 milyard tengə olub. Bu, bir il əvvəlki rəqəmdən 7,8 faiz çoxdur. Hesabat dövründə şirkət sığorta/təkrar sığorta müqavilələri üzrə 2,594 milyard tengə ödəyib.

2008-ci ildə A.M. Best beynəlxalq reytinq agentliyi "Avrasiya" SŞ SC-nin maliyyə möhkəmliyi reytinqini "B++", kredit reytinqini isə "bbb" sabit proqnoz kimi qiymətləndirib. A.M. Best-in bu reytinqi MDB, Mərkəzi və Şərqi Avropa ölkələri arasında ən yüksək reytinqdir.

Martın 13-nə rəsmi məzənnə 150.48 KZT/ USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti