...

AYİB 17 il ərzində Azərbaycana 850 milyon avrodan artıq investisiya yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2009 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir N.İsmayılova /

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 17 il ərzində Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün 865 mln. avro vəsait ayırıb. Bu barədə bankın illik hesabatında deyilir.

2008-ci ildə bankın Azərbaycana ayırdığı investisiya 81 milyon, 2007-ci ildə isə 122 milyon avro təşkil edib.

Orta kredit həmmaliyyələşdirilməsi mexanizmi (OKHM) xətti üzrə 11 milyon avro məbləğində üç kredit Azərbaycan, Gürcüstan və Moldovaya ayrılıb.

Sözügedən mexanizm vasitəsi ilə AYİB tərəfdaş-banklar tərəfindən təqdim edilən kreditlərdə iştirak edir. Tərəfdaş-banklar üçün müstəqil şəkildə kredit ayırmaq ağır olduğundan AYİB maliyyələşdirmə prosesində iştirak edir. Bundan əlavə, borc alana iri kredit təqdim edildikdə sözügedən mexanizm bankları öhdəlik və risklərdən azad edir. OKHM həmçinin, iqtisadiyyatı keçid dövrü yaşayan ölkələrə yeni bazarlarda müştəri bazasını genişləndirmək imkanı verdiyi üçün faydalıdır.

2008-ci ildə Ticarəti İnkişafına Yardım Proqramı (TİYP) xətti ilə 288 regiondaxili saziş maliyyələşdirilib. Onların arasında Qazaxıstan, Polşa, Rusiya və Ukraynadan Azərbaycan, Ermənistan və Tacikistana taxıl və ərzaq ixracı əməliyyatları, Belarusiya, Sloveniya və Estoniyadan Rusiya və Özbəkistana texnika və avadanlıq ixracı əməliyyatları yer alıb. Digər razılaşmalara Gürcüstan, Rusiya və Ukraynadan Tacikistana farmaseftik məhsulların ixracını və Xorvatiyadan konservləşdirilmiş sardin balıqlarının Serbiyaya ixracı daxil olub.

2008-ci ilin sonlarında kommersiya banklarının iştirakı ilə iri mikrokreditləşdirmə proqramları AYİB-in əməliyyat apardığı 12 ölkədə fəaliyyət göstərib: Azərbaycan, Belarusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistan.

2008-ci ildə AYİB sənaye istehsalı sahələrinə 358 milyon avro vəsait yatırıb. Vəsaitin əksər hissəsi Rusiya (160 mln. avro) və Ukraynaya (93 mln. avro) ayrılıb. İnvestisiyalar həmçinin, Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Qırğızıstan, Monqolustan, Rumıniya, Serbiya, Özbəkistan və Xorvatiyaya da yatırılıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti