...

Qazaxıstanda yeni yaşayış mənzillərinin qiyməti cüzi dərəcədə azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 13:18 (UTC +04:00)

Qazaxıstan, Astana, 8 iyul / Trend , müxbir K.Konırova /

Qazaxıstanda keçən ayla müqayisədə iyun ayında yeni mənzillərin qiyməti 0,6 faiz aşağı düşüb, QR-ın statistika üzrə mətbuat xidməti agentliyindən Trend -ın xüsusi müxbirinə bu barədə məlumat verilib.

İdarənin verdiyi məlumatlara görə, iyun ayında yeni mənzilin 1 kvadrat metri 141 462 tengə və ya təxminən 940 dollar, təmirli mənzilin alqı-satqısı - 104 420 tengə və ya təxminən 700 dollar, təmirsiz mənzilin alqı-satqısı isə 60 837 tengə və ya 400 dollardır.

"Təmirli mənzillərin alqı-satqısında 1,6 faiz, təmirsiz mənzillərin alqı-satqısında isə 2,1 faiz azalma müşahidə olunub," - agentlik məlumat verib.


Xəbər lenti

Xəbər lenti