...

Aİ kənd təsərrüfatının inkişafına təkan vermək üçün Azərbaycana 20 milyon avro pul ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2009 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , Ü.İsmayılova /
Avropa İttifaqı kənd və kənd təsərrüfatının inkişafını genişləndirmək üçün Azərbaycana 20 milyon avro pul ayırıb, Aİ-nin Bakı nümayəndəliyinin çərşənbə axşamı yaydığı məlumatında deyilir.
Avropa Komissiyasının maliyyə yardımı proqramının məqsədi ölkənin kənd təsərrüfatı sektoruna dəstək göstərməklə Azərbaycan iqtisadiyyatının diversifikasiyasıdır. Xəbərdə deyilir ki, bu proqram yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına, həmçinin ölkənin iqtisadi inkişafına kömək edəcək.
"Azərbaycanın hərtərəfli inkişafı iqtisadiyyatın davamlı inkişafı və əhalinin məşğulluğu, Azərbaycanın və regionların əhalisi arasında bərabərsizliyin azaldılmasında özül yaradılması üçün çox vacibdir. Avropa Komissiyası kənd təsərrüfatının davamlı inkişafı üçün ölkənin atdığl müsbət addımlara əsaslanmağa hazırdır", - Aİ Avropanın qonşuluq siyasəti və xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner bildirib.
Avropa İttifaqı maliyyələşdirmə yolu ilə təhlükəsiz keyfiyyətli qida məhsulları əldə etməyə və onların tədarükünə imkan yaratmaq niyyətindədir. Bundan əlavə, məlumatda deyilir ki, proqram biznes sahəsinin inkişafı yolu ilə kənd təsərrüfatı sektorunda sahibkarlığa dəstək göstərəcək.
Bütün bu tədbirlər əsasən daxili ərzaq bazarının idxaldan asılılığını azaltmaq, kənd təsərrüfatı istehsalını artırmaq yolu ilə məhsul ehtiyatlarını çoxaltmaq məqsədini güdən və Azərbaycan əhalisinin ərzaq məhsulları ilə tam təmin olunmasını həyata keçirən dövlət proqramının məqsədləri ilə əlaqəlidir.
Ayırılmış 20 milyon avronun 12 milyonu kənd ərazilərinin və kənd təsərrüfatının inkişafına dəstək proqramına, 6 milyonu Azərbaycan və Aİ arasında 2006-cı ildə imzalanmış əməliyyat planı çərçivəsində Azərbaycanda idarəetmə potensialının inkişafına və 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əmakdaşlığa dair sazişin yerinə yetirilməsinə yönəlib.
Bu vasitələr (20 milyon avro) Azərbaycana və Aİ-in şərq və cənub sərhədində yerləşən daha 16 tərəfdaşa illik yardımı nəzərdə tutan tərəfdaşlıq və Avropa qonşuluq siyasəti xətti ilə Azərbaycana ayrılır.
Bundan əvvəl Aİ Azərbaycana ədliyyə sistemi və energetika sektorunda islahatlar keçirmək üçün vəsait ayırmışdı.
Tərəfdaşlıq vasitələrindən başqa, Azərbaycan həm də demokratiya, insan hüquqları və digər proqramlar çərçivəsində  də dəstək alır.
Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti