...

Gürcüstanın Poti Qara dəniz limanında yeni obyekt tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 16:16 (UTC +04:00)
"Bu ilin sonuna qədər Gürcüstanın Poti Beynəlxalq Qara dəniz limanının rəhbərliyi (Ras Al Khaima Investment Agency - ərəb şirkəti) 14-cü yanalma körpüsünün konteyner terminalına çevrilməsi üzrə yenidənqurma işlərinin başa çatdırılmasını planlaşdırır", - cümə axşamı limandakı durumla tanış olan mənbədən məlumat verilib.

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir E.İsmayılov /

"Bu ilin sonuna qədər Gürcüstanın Poti Beynəlxalq Qara dəniz limanının rəhbərliyi (Ras Al Khaima Investment Agency - ərəb şirkəti) 14-cü yanalma körpüsünün konteyner terminalına çevrilməsi üzrə yenidənqurma işlərinin başa çatdırılmasını planlaşdırır", - cümə axşamı limandakı durumla tanış olan mənbədən məlumat verilib.

"Tikinti işləri tam gücü ilə gedir və bu ilin sonunda tamamilə başa çatdırılması gözlənilir", - mənbədən deyilib. Yeni terminalın tikintisi üçün bütün lazımi texniki avadanlıq, o cümlədən yükləmə maşınları artıq alınıb.

Həmçinin, 2013-cü ildə yeni konteyner limanının istifadəyə verilməsi planlaşdırılır. "Yeni liman hazırkı limanın yaxınlığında tikiləcək. Burada iki milyon ton gücə malik konteyner terminalı yerləşdiriləcək", - mənbədən bir müddət əvvəl bildirilmişdi.

Son beş il ərzində Poti limanının konteyner dövriyyəsi 25 faiz artıb. Məhz bu səbəbdən də yeni konteyner terminalının və böyük imkanlara malik yeni limanın tikintisinə ehtiyac duyulub.

Limanın rəsmi saytında deyilir ki, Poti limanında ümumilikdə 15 terminal var.

Bir müddət əvvəl mənbədən məlumat verilib ki, bu il Gürcüstanın Poti Beynəlxalq Qara dəniz limanında 1,5 milyon ton neft məhsulları, ümumilikdə isə səkkiz milyon tona yaxın yük boşaltmaq planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti