...

Azərbaycan Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti qarşısında hesabat formasını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2009 19:15 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin qarşısındakı idxal və ixrac haqqında hesabat formasını təsdiq edib.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir N. İsmayılova /

Azərbaycan Nazirlər Kabineti Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin qarşısındakı idxal və ixrac haqqında hesabat formasını təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Qərar qəbul edildiyi gündən - iyulun 28-dən qüvvəyə minib.

Mənbələrə verilən hesabat formasında bunlar əks etdirilməlidir: valyuta sahibinin soyadı, adı və atasının adı, vətəndaşlığı və doğulduğu ölkə, valyutanın hansı ölkədən ixrac olunduğu, valyutanın hansı ölkəyə idxal edildiyi, onun ixrac və idxal tarixi, onun adı və dəyəri.

Forma gömrük orqanlarına elektron və kağız şəklində verilə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti