...

Azərbaycan bankı hazırkı səhmdarları hesabına nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2009 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir İ.Xəlilova /

2009-cu il sentyabrın 23-dən "Zamin Bank" ASC-nin adi, adlı, sənədli səhmlərinin yerləşdirilməsinə başlanılacaq. Bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Emissiyanın həcmi 2.000.000 AZN, bir səhmin nominal dəyəri isə 200 AZN təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək.

Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Texnika Kapital Menecment" MMC-dir.

Çərşənbə günü bankın İdarə Heyətinin sədri Zəhra Quliyevanın dediyinə görə, səhmlərin yerləşdirilməsi hazırkı səhmdarlar - üç fiziki şəxs arasında keçiriləcək. Hazırda bankın nizamnamə kapitalı 11,195 milyon manat təşkil edir. Səhmlərin yerləşdirilməsindən sonra Zamin Bankın kapitalı 13,195 milyon manata çatdırılacaq.

Sentyabrın 09-na olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti