...

Azərbaycanda yeni zeytun istehsalçısı qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2009 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir N.İsmayılova/

Gilan Holding - iri sənaye-maliyyə qrupu Azərbaycanda zeytunçuluğun inkişaf etdirilməsi üçün yeni müəssisə - Gilan Zeytun MMC yaradıb. MMC ölkənin Vergilər Nazirliyinin "vahid pəncərə" sistemi üzrə qeydiyyatdan keçib.

Zeytun müəssisəsi 2009-cu il dekabr ayının 3-də dövlət qeydiyyatından keçib. Gilan Zeytun 20 manatlıq nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.

Hazırda Gilan Holding-in tərkibinə inşaat materialları, kənd təsərrüfatı məhsulları, yüngül sənaye və turizm sahəsində 20 müəssisə və şirkət daxildir.

Azərbaycanda hazırda zeytun yığımı gedir. Hazırda dünya bazarları Aralıq dənzi məhsulları ilə doludur. Lakin gələcəkdə Azərbaycan zeytunları onlara rəqib ola bilər. Hər halda MDB bazarlarında.

Hazırda ən yaxşı zeytunlar konservləşdirilməyə verilir. Ən dəyərli məhsul amin turşuları və antioksidantlarla zəngin olan zeytun yağıdır. Hazırda Azərbaycan ildə 60 ton zeytun yağı əldə edir, perspektivdə isə zeytun yağının istehsalını 300 tonadək çatdırmaq planlaşdırılır.

Azərsun Holding də zeytun istehsalı ilə məşğul olur. Holding hələ oktyabr ayında Abşeron yarımadasındakı yerli istehsalçılardan zeytunun qəbulunu elan etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti