...

Türkmənistan və İran dəmir yolu layihəsinə start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2009 18:29 (UTC +04:00)
"İran prezidenti Mahmud Əhnədinecat Türkmənistana səfəri çərçivəsində Etrek-Qorqan dəmir yolunun inşası üzrə layihənin reallaşmağa başlaması mərasimində iştirak edəcək", məlumatı İİR-nın Türkmənistandakı səfiri Məhəmmədrza Furqani deyib. Bu barədə "Mehr" agentliyi xəbər verir.
Türkmənistan və İran dəmir yolu layihəsinə start verir

"İran prezidenti Mahmud Əhnədinecat Türkmənistana səfəri çərçivəsində Etrek-Qorqan dəmir yolunun inşası üzrə layihənin reallaşmağa başlaması mərasimində iştirak edəcək", məlumatı İİR-nın Türkmənistandakı səfiri Məhəmmədrza Furqani deyib. Bu barədə "Mehr" agentliyi xəbər verir.

Furqaninin sözlərinə görə, Etrek-Qorqan dəmir yolu İranı Asiya ölkələri ilə birləşdirən sayca ikinci dəmir yolu olacaq.

"Layihənin ümumi dəyəri 650 milyon dollar təşkil edir və onu İran şirkətləri həyata keçirəcək", Furqani deyib.

Türkmənistanda çəkiləcək olan Bereket-Etrek dəmir yolunun uzunluğu 325 kilometr olacaq. 2007-ci ildə İran, Türkmənistan və Qazaxsıtanın dəmir yolu idarə rəhbərləri tərəfindən Uzen-Bereket-Etrek-Qorqan dəmir yolunun inşası layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti