...

Azərbaycan Berlində keçirilən "Beynəlxalq yaşıl həftə-2010"da təmsil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2010 18:46 (UTC +04:00)
Azərbaycan yanvarın 15-dən 24-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək "Beynəlxalq yaşıl həftə-2010"da iştirak edəcək. Bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yayılmış məlumatında deyilir.
Azərbaycan Berlində keçirilən "Beynəlxalq yaşıl həftə-2010"da təmsil olunacaq

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir İ.İsmayılova/

Azərbaycan yanvarın 15-dən 24-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək "Beynəlxalq yaşıl həftə-2010"da iştirak edəcək. Bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yayılmış məlumatında deyilir.

1926-cı ildən keçirilən sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsulları nümayiş olunur. Azərbaycan sərgidə üçüncü dəfə təmsil olunacaq.

Sərgidə Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərüfatı Nazirliklərinin nümayəndələri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və təxminən 10 iri şirkət təmsil edəcək.

Sərgidə dünyanın 60-dan çox ölkəsinin iştirak edəcəyi gözlənilir. Burada şirkətlərin məhsulları nümayiş olunacaq ki, bu da şirkətin imicinin formalaşmasında, yeni tərəfdaş əlaqələrinin yaranmasında və əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.

Azərbaycan üçün ayrılmış pavilyonda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə ölkədə istehsal olunmuş qida və kənd təsərrüfatı məhsulları nümayiş olunacaq. Həmçinin iştirakçılara Azərbaycan haqqında yazılı nəşrlər, jurnallar, broşürlər, disklər paylayacaqlar.

"Beynəlxalq yaşıl həftə-2010" çərçivəsində elmi-təcrübi konfranslar və forumlar keçirilməsi, həmçinin bioloji enerji, məhsulların ekoloji təmizliyi və sağlam qida mövzularında müzakirələr keçirilməsi planlaşdırılıb.

Sərgi çərçivəsində bir sıra mədəni tədbirlərin keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti