...

EUROCITIES Sumqayıtı öz sıralarına dəvət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2010 16:24 (UTC +04:00)
EUROCITIES şəbəkəsinin baş ofisinin nümayəndəsi Bernardo Rodriges 18-19 fevral tarixlərində Avstriyanın Vyana şəhərində keçirilmiş "Şərq Tərəfdaşlıq Proqramı" üzrə işçi qrupunun görüşündə Sumqayıt şəhərini təşkilatın sıralarına qoşulmağa dəvət edib.
EUROCITIES Sumqayıtı öz sıralarına dəvət edib

Azərbaycan, Bakı, 25 fevral / Trend müxbir N.İsmayılova/

EUROCITIES şəbəkəsinin baş ofisinin nümayəndəsi Bernardo Rodriges 18-19 fevral tarixlərində Avstriyanın Vyana şəhərində keçirilmiş "Şərq Tərəfdaşlıq Proqramı" üzrə işçi qrupunun görüşündə Sumqayıt şəhərini təşkilatın sıralarına qoşulmağa dəvət edib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.

Rodrigesin sözlərinə görə, hazırda EUROCITIES şəbəkəsi öz sıralarını Avropanın yeni qonşuları hesabına genişləndirir, Azərbaycan şəhərləri də bu mənada təşkilatın işinə töhfə verə bilər.

EUROCITIES ən azı 250 min nəfər əhalisi olan Avropanın böyük şəhərlərini özündə birləşdirən bir şəbəkədir. 1986-cı ildə yaradılmış təşkilata hazırda Avropanın 30-dan çox ölkəsinin 130 ən iri şəhəri üzvdür. Avropa Birliyinin üzvü olmayan şəhərlər şəbəkəyə yalnız assosiativ üzv kimi qoşula bilərlər.

Xəbər lenti

Xəbər lenti