...

Azərbaycanın "Qafqaz Lizinq" şirkəti istiqrazlarını emissiya edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2010 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qafqaz Lizinq" MMC-nin təmin olunmamış faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasının (BFB) cümə axşamı yayılan məlumatda deyilir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək.

Emissiyanın həcmi 850 min manat, qiymətli kağızların sayı hər biri 1000 manat minimal dəyərdə olan 850 ədəd təşkil edir. Lizinq şirkətinin istiqrazlarının yerləşdirilmə anderrayteri "BoB Broker" MMC-dir.

İstiqrazlar üzrə illik faiz dərəcəsi 14 faiz, tədavül müddəti isə 360 gün təşkil edir.

"Qafqaz Lizinq" MMC maliyyə lizinq şirkəti 2007-ci il oktyabrın 30-da yaradılıb. Onun 100 faizlik təsis payı NAB şirkətlər qrupuna məxsusdur. NAB şirkətlər qrupu 1988-ci ildə yaradılıb və baş ofisi Türkiyədə yerləşir. Bu şirkətlər qrupu biznesin bir neçə sahəsini əhatə edən fəaliyyət növü həyata keçirir. Onlara istehsalat fəaliyyəti, maliyyə sahəsi, tikinti və digərləri aiddir.

Martın 04-nə olan cari məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti