...

Azərlotereya 2009-cu ildə təxminən 30 milyon manat gəlir əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2010 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Ü.İsmayılova/

"Azərlotereya" ASC-də 2009-cu il üzrə əldə edilmiş gəlirlərin məbləği 29,2 milyon manat, ümumi xərclərin həcmi isə 27,3 milyon manat olub. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin saytında yayılan "M&J Accuracy Consulting" MMC-nin auditor rəyində deyilir.

Ötən il "Azərlotereya" ASC tərəfindən dövlət büdcəsinə 1 mln manat dividend, vergilər üzrə isə 5489,2 min manat vəsait ödənilib.

Səhmdar Cəmiyyətin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müasir tipli lotereya terminalları və lototronlar alınıb, kompüter şəbəkəsi müasir proqramlarla təmin olunub.

Audit nəticəsində Səhmdar Cəmiyyətində mühasibat uçotunun qanunvericiliyə uyğun aparıldığı, mühasibat uçotu və illik balansın qanuni göstərişlərə, eləcə də nizamnaməyə uyğun olduğu müəyyən edilib.

2009-cu ildə "Ailə sevinci", "5+1", "Yeni Binqo", "Bahar sevincləri" tirajlı layihələr davam etdirilib, "May sevincləri", "Avto şou", "5х36" tirajlı lotereyalar üzrə yeni layihələr həyata keçirilib, "5х36" tirajlı lotereya biletlərinin yayımı Azərbaycan Respublikası ərazisində xüsusi satış məntəqələrində quraşdırılmış lotereya terminalları vasitəsilə aparılıb.

Xəbər lenti

Xəbər lenti