...

Azərbaycanda 540 kq-dan çox istifadə müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 19:03 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 546 kq-dan çox olan, istifadə müddəti ötmüş məhsullar satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 540 kq-dan çox istifadə müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

Аzərbaycan, Bakı, 8 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 546 kq-dan çox olan, istifadə müddəti ötmüş məhsullar satışdan çıxarılaraq məhv edilib.  Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Monitorinqlər Bakının Yasamal, Səbail, Binəqədi, Sabunçu, Nəsimi, Nizami rayonlarında, həmçinin Gəncə, Xaçmaz, Zərdab, Şəmkir, Göygöl və Ağdaş şəhərlərində, Tərtər və Ucar rayonlarında, eləcə də Abşeron rayonunun Mehdiabad qəsəbəsində aparılıb.

Mağazalarda qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, balıq və digər dəniz məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti