...

Azərbaycanda güzəştli şərtlərlə bağçılığın intensiv inkişafı üzrə yeddi layihənin həyata keçirilməsi bəyənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2010 18:14 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müsabiqə komissiyası intensiv bağçılığın və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulu üçün verilmiş elan üzrə sahibkarlıq subyektlərinin təqdim etdikləri 12 layihədən yeddisini seçib.
Azərbaycanda güzəştli şərtlərlə bağçılığın intensiv inkişafı üzrə yeddi layihənin həyata keçirilməsi bəyənilib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müsabiqə komissiyası intensiv bağçılığın (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm, alça, zeytun, zoğal, eləcə də subtropik və sitrus meyvə bağlarının salınması) və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulu üçün verilmiş elan üzrə sahibkarlıq subyektlərinin təqdim etdikləri 12 layihədən yeddisini seçib. Bu barədə çərşənbə günü Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Təqdim edilən investisiya layihələrindən ümumi dəyəri 4,5 milyon manat, kredit tələbatı 2,2 milyon manat olan 7 investisiya layihəsi güzəştli qaydada maliyyələşdiriləcək.

Seçilən layihələr üzrə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 3, Aran iqtisadi rayonu - 2, Abşeron və Lənkəran iqtisadi rayonlarının hər biri üzrə 1 layihə yerləşir.

Abdullayevin sözlərinə görə, bu layihələrin həyata keçirilməsi nəticəsində 4 hektar alma, 50 hektar üzüm, 26 hektar nar, 200 hektar zeytun, 15 hektar xirnik, 4 hektar ərik, 1 hektar alça bağı salınacaq, ildə 50 ton alma, 2000 ton üzüm, 167,4 ton nar, 2000 ton zeytun, 156 ton xirnik, 36,4 ton ərik, 5,2 ton alça yetişdirilməsinə imkan yaranacaq.

Müsabiqə çərçivəsində layihələr bütün iqtisadi yanonlarda (Bakıdan başqa) qəbul edilir. Fondun qaydalarına əsasən, investisya layihəsinin dəyərinin ən azı 40 faizi həmin sahibkarlıq subyekti tərəfindən, qalan hissə isə Fondun güzəştli krediti hesabına maliyyələşdirilməlidir. Layihənin maliyyələşdirilməsində payçı kimi Azərbaycan İnvestisya Şirkəti (AİŞ) və ya onun törəmə şirkətləri çıxış edə bilər.

Xəbər lenti

Xəbər lenti