...

2011-ci ildə Azərbaycan Əmək Müfəttişliklərinin Regional Alyansında sədrlik edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2010 16:48 (UTC +04:00)
2011-ci ildə Azərbaycan Əmək Müfəttişliklərinin Regional Alyansında sədrlik edəcək. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Alyansın III konfransının kuluarlarında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.
2011-ci ildə Azərbaycan Əmək Müfəttişliklərinin Regional Alyansında sədrlik edəcək

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycan Əmək Müfəttişliklərinin Regional Alyansında sədrlik edəcək. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Alyansın III konfransının kuluarlarında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.

"Beynəlxalq münasibətləri inkişaf etdirməklə, biz Azərbaycan işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasına səy göstəririk. Üç il bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasına (BƏMA) üzv olub. Bu əməkdaşlığın nəticəsi kimi, 2011-ci ildə Əmək Müfəttişlikləri Regional Alyansında bizim sədrlik etməyimiz olacaq və gördüyünüz kimi, Bakıda Alyansın üçüncü konfransını keçiririk", - Ələkbərli qeyd edib.

Onun sözlərinə görə, konfransda müzakirə olunan məsələlər Azərbaycan üçün aktualdır.

"İş, əməyin mühafizəsi və digərləri üçün təhlükəsiz və sağlam şəraitin yaradılması kimi məsələlər beynəlxalq əmək müfəttişliklərinin diqqət mərkəzindədir. Bunların hamısı Azərbaycan üçün aktualdır. Və bu sahədə biz həm qanunvericilik bazasının hazırlanmasında, həm də əmək şəraitinin yaxşılaşdırılması üçün milli standartların işlənməsində kifayət qədər iş görürük", - Ələkbərli vurğulayıb.

Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasının prezidenti Mişel Pattersonun jurnalistlərə dediyinə görə, son illər Azərbaycanda əməyin təhlükəsizliyinin təmini sahəsində müəyyən uğurlar müşahidə edilir.

"Əməyin təhlükəsizliyinin təmini üçün üç faktora əməl olunmalıdır. Bu, əmək müfəttişliyinin mütəşəkkil fəaliyyəti, işçiərin özlərinin bu fəaliyyətə cəlb olunması, eləcə də qanunvericiliyin hazırlanması və ciddi şəkildə yerinə yetirilməsidir", - Patterson qeyd edib.

Onun sözlərinə görə, qəza, zədə və ölümlə nəticələn hadisələr əsasən tikinti, hasilat sənayesi və nəqliyyat sahələrində qeydə alınır.

Alyansın "Milli əmək və sağlamlıq təhlükəsizliyi sistemində əmək müfəttişliyinin rolu" mövzusunda III konfransı noyabrın 18-19-da Bakıda keçirilir. Konfrans Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BƏMA, Beynəlxalq Əmək Təşkilatı tərəfindən Dünya Bankının dəstəyi ilə icra edilən Azərbaycan Dövlət Əmək Müfəttişliyinin potensialının gücləndirilməsi üzrə layihə çərçivəsində təşkil edilib.

Konfransda Avstraliya, Bolqarıstan, Bosniya və Herseqovina, Kanada, Litva, Niderland, Norveç, Rusiya, Slovakiya, Türkiyə və digər ölkələrin dövlət əmək müfəttişliklərinin nümayəndələri, beynəlxalq ekspertlər, Azərbaycanın müvafiq struktur və təşkilatlarının yüksək vəzifəli nümayəndələri iştirak edirlər.

Konfransın gedişində 2010-2011-ci illər üçün BƏMA-nın Fəaliyyət Planının qəbul edilməsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti